Məlumat
Russian

Şərtlər və Müddəalar

GİRİŞ

Bizim internet  Mvideo.az səhifəmizə  xoş gəlmisiniz. Bu şərt və müddəalar (“Şərtlər və Müddəalar”) Sayta, onun bütün bölmələrinə, şöbələrinə və bu şərt və müddəalara istinad edən tərəfdaş qismində çıxış edən İnternet saytlarına şamil edilir. Bu Sayta daxil olmaqla, siz Şərtlər və Müddəalarla razılığınızı təsdiq edirsiniz. Əgər siz həmin istifadə Şərtləri və Müddəaları ilə razı deyilsinizsə, onda bu internet səhifəsindən istifadə etməməlisiniz. Saytımız istifadə Şərtləri və Müddəalarına dəyişiklik etmək, modifikasiya etmək, əlavələr etmək və ya onların bir hissəsini çıxarmaq hüququnu özundə saxlayır. Dəyişikliklər heç bir əlavə xəbərdarlıq edilmədən Sayta yerləşdirildiyi andan etibarən qüvvəyə minir. Xahiş edirik, mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün bu Şərtlər və Müddəalara nəzər salın. Sizin davamlı olaraq bu istifadə Şərtləri və Müddəalarına edilmiş dəyişikliklərin yerləşdirilməsini izləməklə Saytımızdan istifadə etməyiniz bu dəyişiklikləri qəbul etmiş olduğunuzdan irəli gəlir.

SAYTDAN İSTİFADƏ ŞƏRTLƏRİ

Sizin ya ən azından 18 yaşınız olmalı və yaxud da siz valideyninizin və ya qanuni himayədarınızın nəzarəti altında Sayta daxil olmalısınız. Biz qeyd olunan Şərtlər və Müddəalara müvafiq olaraq, Saytda satışda olan şəxsi əşyaların alış-verişini həyata keçirmək məqsədi ilə sizə Saytdan istifadə etmək üçün digər bir şəxsə ötürülə bilməyən və geri qaytarılmayan lisenziya veririk. Əvvəlcədən bizim tərəfimizdən müvafiq qaydada icazənin verilməsi halları istisna olmaqla, kommersiya məqsədli istifadəyə və ya hər hansı üçüncü bir şəxsin adından istifadəyə yol verilmir. Bu Şərtlər və Müddəkaların hər hansı birinin pozulması sizə heç bir xəbərdarlıq edilmədən bu bənddə verilmiş lisenziyanın dərhal əlinizdən alınması ilə nəticələnməlidir. Bu saytda təmin edilmiş mövzu yalnız informasiya məqsədi daşıyır. Saytımızda yer alan məhsullara dair təqdimatlar satıcıya məxsus olur və bizim tərəfimizdən hazırlanmır. Saytda qeyd olunan təqdimatlar və ya rəylər ayrı-ayrı şəxslər tərəfindən qoyulur və onlar bizim fikirlərimizi ifadə edə bilməz. Saytda yol verilə bilən müəyyən xidmətlər və əlaqədar xüsusiyyətlər qeydiyyat və ya abunəyə yazılma tələb edə bilər. Siz bu cür xidmətlərimizdən və ya əlaqədar xüsusiyyətlərimizdən istifadə etmək məqsədilə qeydiyyatdan keçməyi və ya abunəyə yazılmağı seçsəniz, o zaman siz öz haqqınızda düzgün və cari məlumatları təmin etməyə və hər hansı bir dəyişiklik edildiyi təqdirdə, dərhal həmin məlumatları yeniləməyə razılıq verirsiniz. Saytın hər bir istifadəçisi parol və hesab məlumatlarının təhlükəsiz şəkildə saxlanılması üçün şəxsən məsuliyyət daşıyır. Hesabın sahibi bütövlükdə bu parol və ya hesabın ətrafında meydana çıxan bütün fəaliyyətlərə görə məsuliyyət daşıyır. Bundan başqa, sizin parolunuzdan və ya hesabınızdan icazəsiz şəkildə başqa biri tərəfindən istifadə edildiyi təqdirdə, bu barədə bizi mütləq xəbərdar etməlisiniz. Sayt sizin bu bölmənin şərtlərinə uyğun hərəkət etməməyinizlə bağlı olaraq və ya onun nəticəsində bilavasitə və ya bilvasitə, hər hansı bir yolla məruz qaldığınız istənilən növ ziyan və zərərə görə məsuliyyət və ya öhdəlik daşımamalıdır. 
Qeydiyyat prosesi ərzində siz Saytdan reklam xarakterli elektron məktubları qəbul etməyə dair razılıq vermiş olursunuz. Daha sonra, hər hansı bir reklam xarakteri daşıyan elektron məktubun aşağısında qeyd olunmuş linkin üzərindən tuşlamaqla, bu cür məktubları qəbul etməkdən imtina edə bilərsiniz.

Təhqir edilməsi

Sayt  və cəmiyyət bizim saytlarımızın və xidmətlərimizin lazımi qaydada və təhlükəsiz şəkildə fəaliyyət göstərməyə davam etməsi üçün birlikdə çalışırlar. Xahiş edirik, problemləriniz, təhqiredici mövzular və qaydaların pozulması barədə bizə şikayətlərinizi göndərin. Biz siyahıya alınmış malların müəllif hüquqlarını, ticarət nişanlarını və ya üçüncü tərəf qismində iştirak edən şəxslərin digər əqli mülkiyyət hüquqlarını pozmamasını təmin etmək üçün fəaliyyət göstəririk. Əgər siz əqli mülkiyyət hüququnuzun pozulduğuna inanırsınızsa, onda zəhmət olmazsa, bu barədə bizə xəbər verin ki, biz də araşdıraq.

İSTİFADƏÇİ GÖNDƏRİŞLƏRİ

Sayta göndərdiyiniz və ya təqdim etdiyiniz hər hansı bir şey, suallar, rəylər, şərhlər və təkliflər (ümumilikdə “Göndərişlər”) də daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaq şərtilə) bizim yeganə və müstəsna mülkiyyətimizə çevrilmiş olacaq və sizə geri qaytarılmayacaq. Hər hansı bir Göndərişə şamil edilə bilən hüquqlara əlavə olaraq, siz həmçinin şərh və rəylərinizi Saytımızda yerləşdirərkən, həmin şərh, rəy və ya digər bir mövzu ilə əlaqədar olaraq təqdim etdiyiniz addan istifadə etmək hüququnu bizə vermiş olursunuz. Siz saxta e-mail ünvanından istifadə etməməli, özünüz deyil də, əslində başqa biri kimi özünü təqdim etməməli, və ya digər yollarla hər hansı bir Göndərişin mənşəyi ilə bağlı bizi və yaxud da üçüncü tərəfləri çaşdırmamalısınız. Biz hər hansı bir Göndərişi silə və ya redaktə edə bilərik, lakin bunu etmək məcburiyyətində deyilik. 

TİCARƏT NİŞANLARI VƏ MÜƏLLİF HÜQUQLARI

Saytda qeydiyyatdan keçməsindən və ya qeydiyyatdan keçməməsindən asılı olmayaraq bütün əqli mülkiyyət hüquqları, Saytın informasiya məzmunu və mətn, qrafiklər, proqram təminatı, şəkillər, vidolar, mahnılar, səs və onların seçilməsi və tənzimlənməsi də daxil olmaqla və bunlarla məhdudlaşmayan bütünlükdə internet səhifəmizin dizaynı və bütün proqram təminatının kompilyasiyası, əsaında dayanan mənbə kodu və proqram təminatı bizim mülkiyyətimiz olaraq qalmalıdır. Saytın bütün məzmunu Azərbaycanın müəllif hüquqları və beynəlxalq konvensiyalara uyğun olaraq birgə iş kimi müəllif hüquqları tərəfindən qorunur. Bütün hüquqlar qorunur. 

GİZLİLİK

Biz sizin konkret razılığınız olmadan sizing şəxsi məlumatlarınızı marketinq məqsədləri üçün üçüncü tərəflər qismində çıxış edən şəxslərə satmır və icarəyə vermirik. Biz sizing məlumatlarınızdan yalnız Gizlilik və Məxfilik Siyasətində nəzərdə tutulduğu qaydada istifadə edirik. Biz istifadəçi gizliliyinin qorunmasına cəmiyyətin çox mühüm bir prinsipi olaraq dəyər veririk. Biz sizing məlumatlarınızı fiziki və eləcə də texnoloji mühavizə vasitələri ilə qorunan kompüterlərdə saxlayır və emal edirik. Siz bizə təqdim etdiyiniz məlumatlara daxil ola və onları dəyişdirə bilərsiniz, eləcə də öz hesabınıza daxil olmaqla müəyyən kommunikasiyaları qəbul etməməyi seçə bilərsiniz. Biz öz gizlilik prinsiplərimizi yoxlamaq və təsdiq etmək məqsədilə üçüncü tərəf qismində çıxış edən şəxslərdən istifadə edirik. Sizin şəxsi məlumatlarınızı necə istifadə etdiyimiz və qoruduğumuz barədə ətraflı məlumat əldə etmək üçün  Gizlilik və Məxfilik Siyasətinə nəzər salın. Əgər siz məlumatlarınızın bu yolla ötürülməsinə və istifadə olunmasına etiraz edirsinizsə, xahiş edirik bizim xidmətlərdən istifadə etməyin. 

TƏZMİNAT ZƏMANƏTİ

Siz bu Müqavilənin sizin tərəfinizdən pozulması və ya hər hansı bir qanunun və ya üçüncü tərəf qismində çıxış edən şəxsin hüququnun sizing tərəfinizdən pozulması ilə meydana çıxan və ya bu səbəbdən hər hansı bir üçüncü şəxs tərəfindən edilmiş müvafiq hüquqi xidmətlərə görə meydana çıxan xərclər də daxil olmaqla hər hansı iddia və tələblərdən mühafizə edilməmizi təmin etməli və bizi (və bizim əməkdaşlarımızı,direktorları, nümayəndələri, köməkçiləri, birgə müəssisələri və sahibkarları) sığortalamalısınız.

HEC BİR AGENTLİK

Hazırkı Müqavilə ilə heç bir agentlik, tərəfdaşlıq, birgə müəssisə, işçi – sahibkar və ya françayzer – françayzi münasibətləri nəzərdə tutulmur və yaradılmır.

BİLDİRİŞLƏR

Biz sizin qeydiyyat prosesi zamanı təqdim etdiyiniz email ünvanınıza email vasitəsilə bildirişlər göndərəcəyik. Göndərən tərəfin email ünvanının etibarsız olduğu barədə xəbərdar olmasına qədər, bildiriş email-in göndərilməsindən etibarən 24 saat ərzində verilmiş hesab olunmalıdır. Alternativ olaraq, biz sizin qeydiyyat prosesi zamanı təqdim etdiyiniz ünvana sifarişli məktub vasitəsilə hüquqi bildiriş göndərə bilərik. Sifarişli məktub vasitəsilə göndərilmiş bildirişlər məktubun göndərilmə tarixindən etibarən üç gün müddətində həmin şəxs tərəfindən qəbul edilmiş hesab olunmalıdır.

XİTAM VERİLMƏ

Hər hansı qanuni və ədalətli hüquq müdafiə vasitələrinə əlavə olaraq, biz sizə əvvəlcədən heç bir bildiriş etmədən, bu Şərt və Müddəalara dərhal xitam verə və yaxud da bu Şərt və Müddəalara əsasən sizə verilmiş hüquqların hər hansı birini və ya hamısını geri ala bilərik. Hazırki Müqaviləyə xitam verildikdən sonra siz dərhal Sayta daxil olmanı və saytdan istifadəni dayandırmalısınız, biz isə hər hansı digər qanuni və ədalətli hüquq müdafiə vasitələrinə əlavə olaraq, dərhal bütün parolları və sizə təqdim edilmiş hesab identifikasiyasını ləğv etməli və sizing Sayta daxil olmağınızı və Saytdan istifadə etməyinizi tam və ya qismən ləğv etməliyik. Bu müqavilənin ləğv edilməsi tərəflərin xitam verilmə tarixindən əvvəl meydana çıxan müvafiq hüquq və öhdəliklərə (ödəmə öhdəlikləri də heç bir məhdudiyyət olmadan daxil olmaqla) heç bir təsir etməməlidir. Bundan başqa, siz razılıq verirsiniz ki, bu cür dayandırılma və ləğv etmənin nəticəsi olaraq Sayt sizə və ya istənilən digər bir şəxsə görə heç bir öhdəlik daşımamalıdır.

Mvideo internet-gipermarketi 2015-ci ildə yaradılıb, ev və ofislər üçün elektronika və məişət texnikasının topdan və pərakəndə on-line satışında xidmət göstərir. Burada Siz noutbuklara, kompyuterlərə, telefonlara, planşetlərə, kameralara, elektron kitablara və s. asanlıqla sahib ola bilərsiniz.

© mvideo.az 2015-2023. All rights reserved.