Məlumat
Russian

Gizlilik siyasəti

Mvideo.az vebsaytına daxil olduğunuz üçün təşəkkür edirik. Şəxsi məlumatlarınıza hörmət edir və onları qorumaq istəyirik. Daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa, bu Məxfilik Siyasətini oxuyun. Məxfilik Siyasətində şəxsi məlumatınızın necə toplandığı, istifadə olunduğu və (müvafiq şərtlər daxilində) açıqlanması öz əksini tapıb. Burada həmçinin şəxsi məlumatınızın qorunması üçün atdığımız addımlar izah olunur. Nəticədə, bu Məxfilik Siyasəti şəxsi məlumatınızın toplanması, istifadəsi və açıqlanması ilə bağlı seçimlərinizi izah edir. Bu Sayta bir başa və ya digər saytlardan daxil olmaqla siz bu Siyasətdə qeyd olunmuş qaydaları qəbul edirsiniz. Məlumatın qorunması etibar tələb edir və Sizin məxfiliyiniz bizim üçün mühümdür. Bu səbəbdən də, adınız və sizinlə bağlı digər məlumatlardan Məxfilik Siyasətində qeyd olunmuş qaydada istifadə olunur. 
Biz yalnız lazım olduqda və sizinlə əlaqə saxlamaq məqsədilə məlumat toplayırıq. Məlumatınızı qanunla tələb olunan və ya onu toplama məqsədimiz üçün yararlı olduğu müddətdə saxlayırıq. Fərdi məlumatlarınızı daxil etmədən sayta daxil ola və göz gəzdirə bilərsiniz. Sayta daxil olduğunuz zaman adınız anonim olur və Saytda hesabınız olmadıqda və siz sayta istifadəçi adı və ya parolunuzu yığmaqla daxil olmadıqda biz sizin kimliyinizi müəyyən edə bilmərik. 

Topladığımız məlumatlar

Saytda məhsul sifarişini yerləşdirmək istəsəniz Sizə aid bir çox məlumat toplaya bilərik.

Sizin Saytdan məhsul almağınızı və ya hər hansı bir tələbinizi təmin etmək və sizə xidmət göstərmək məqsədi ilə Sizdən məlumatınızı toplayır, saxlayır və araşdırırıq. Vəzifə, ad, cins, doğum tarixi, e-mail ünvanı, poçt ünvanı, çatdırılma ünvanı (əgər fərqlidirsə), telefon nömrəsi, mobil nömrə, faks nömrəsi, ödəniş məlumatı, ödəniş kartı və ya bank hesabı haqqında məlumatlar daxil olmaqla şəxsi məlumatlarınızı toplaya bilərik

Bizə verdiyiniz məlumatlardan istifadə edərək sizin sifarişlərinizi rəsmiləşdirir və sizi vebsaytımızda təklif olunan və tələblərinizə uyğun xidmətlərlə və məlumatlarla təmin edirik. Bundan əlavə, bizə verdiyiniz məlumatdan istifadə edərək Sizin hesabınızı idarə edirik; onlayn etdiyiniz ödənişlərlə bağlı maliyyə əməliyyatlarını yoxlayıb, həyata keçiririk; vebsaytımızdan məlumatın yüklənməsini yoxlayırıq; vebsaytımızın tərtibatı və / və ya məzmununu təkmilləşdirərək, istifadəçilərin istəyinə uyğun təşkil edirik; vebsaytımızın istifadəçilərini müəyyən edirik; istifadəçilərin demoqrafiyaları ilə bağlı araşdırma aparırıq; və nəhayət siz məlumatları əldə etməyə etiraz etməmisinizsə, bizim məhsul və xidmətlərimiz haqqında məlumatlar daxil olmaqla sizin üçün əhəmiyyətli olan və bizdən xahiş etdiyiniz məlumatları sizə göndəririk. Sizin razılığınıza əsasən digər məhsul və xidmətlərimiz barədə məlumatları e-mail vasitəsilə sizə göndərə bilərik. Marketinq məlumatlarını qəbul etmək istəməsəniz, istənilən zaman imtina edə bilərsiniz. 

Məhsulun sizə çatdırılmasını həyata keçirmək üçün adınızı və ünvanınızı üçüncü tərəfə (məsələn, bizim kuryer və ya təchizatçımız) göndərə bilərik.

Saytımız vasitəsilə həyata keçirilən ödənişlər müvafiq təmsilçimiz tərəfindən rəsmiləşdirilir. Siz Bizə, Təmsilçimizə və ya saytımıza doğru məlumatları təqdim etməli və saxlamalısınız, həmçinin hər hansı bir dəyişiklik olarsa məlumatları yeniləməlisiniz. Sifarişləriniz barədə məlumatlar bizdə saxlanıla bilər, lakin təhlükəsizliyi təmin etmək məqsədi ilə tərəfimizdən əldə edilə bilməz. Digər tərəfdən isə, Siz saytımızdakı hesabınıza daxil olmaqla bu məlumatı əldə edə bilərsiniz. Burada siz tamamlanmış, cari və qısa müddətdə göndərilmək üçün gözləyən sifarişləriniz barədə məlumatlarınıza baxa bilər və ünvanınız, bank hesabı və abunə olduğunuz xəbər bülleteni haqqında məlumatlarınızı yoxlayıb, dəyişə bilərsiniz. Sayta daxil olma haqqında şəxsi məlumatlarınızın məxfiliyi barədə məsuliyyət daşıyırsınız və icazəsi olmayan üçüncü tərəflərə məlumat verməməlisiniz. Bizim səhvimiz olmadıqda parolun yalnış istifadəsi üçün məsuliyyət daşımırıq.

Bizə fərdi məlumatınızı təqdim etməyi seçsəniz, həmin məlumatrın serverimizdə yerləşdirilməsinə və saxlanmasına razılıq vermiş olursunuz

Hesabın Qorunması

Partolunuz hesabınızın açarıdır. Çətin nömrə, hərf və xüsusi işarələrdən istifadə edin və  parolunuzu heç kimə deməyin. Parol və ya şəxsi məlumatınızı digərləri ilə bölüşsəniz, yadda saxlayın ki, hesabınızla bağlı bütün əməliyyatlara görə məsuliyyət daşıyırsınız. Parolunuzun idarə olunmasını əldən versəniz şəxsi məlumatınızı idarə etməniz mümkün olmayacaq və adınızdan hüquqi tələblərin həyata keçirilməsinə səbəb ola bilər. Ona görə də, parolunuz hər hansı bir səbəbdən silinərsə, bu haqda dərhal bizə məlumat verin və parolunuzu dəyişin. 

Təhlükəsizlik

Məlumatlarınız bizim serverdə saxlanılır. Sizin məlumatınızı əsas vəsait olaraq qəbul edirik və digərlərin icazəsiz olaraq bu məlumatlara daxil olmaması üçün bir çox alətlərdən (kodlaşdırma, parol, fiziki mühafizə və s.) istifadə edərək onun gorunmasını təmin edirik. Lakin, bildiyiniz kimi, üçüncü tərəflər bəzən qanunsuz olaraq köçürmələrinizi və ya şəxsi yazışmalarınızı əldə edə bilərlər və ya digər istifadəçilər saytdan əldə etdikləri şəxsi məlumatlarınızdan sui-istifadə və ya dələduzluq üçün istifadə edə bilərlər. Bununla əlaqədər olaraq, şəxsi məlumatlarınızın gorunması üçün mümkün olan bütün səylərimizə baxmayaraq, bu məlumatların daim məhfi galacaqlarına vəd etmirik.

Hüquqlarınız

Məlumatlarınız barədə narahatsınızsa, bizdə olan və ya təhlil etdiyimiz şəxsi məlumatınıza daxil olmağı tələb etməyə haqqınız var. Heç bir ödəniş etmədən məlumatınızı düzəltməyimizi bizdən tələb edə bilərsiniz. Marketing məqsədi ilə məlumatlarınızdan istifadə etməyimizi İstədiyiniz anda dayandırmaq hüququnuz var.

Ümumi

Bu sayt vasitəsilə dəyişiklikıər edilmiş şərtləri göndərməklə Məxfilik Siyasətinə istənilən vaxt dəyişiklik edə bilərik.

Mvideo internet-gipermarketi 2015-ci ildə yaradılıb, ev və ofislər üçün elektronika və məişət texnikasının topdan və pərakəndə on-line satışında xidmət göstərir. Burada Siz noutbuklara, kompyuterlərə, telefonlara, planşetlərə, kameralara, elektron kitablara və s. asanlıqla sahib ola bilərsiniz.

© mvideo.az 2015-2023. All rights reserved.